<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>209</hymn_number>
<lyrics>[V1]
 Şükürlər edirəm, Allahım, Sənə,
 Müqəddəs Ruhunu vermisən mənə.
 Sənlə canlı dildə danışıram mən,
 Hər bir diləyimi eşidirsən Sən.

[C1]
   Heyranam Səndəki qüdrətə,
   Heyranam Səndəki hikmətə.
   Qəlbimizdə yaşayır o böyük Adın
   Sənə iman edib olduq övladın.
   Hamımızın Atası adlanırsan Sən
   Dünyanı xilasa çağırırsan Sən.

[V2]
 İsaya vermisən Öz izzətini,
 Müjdəylə açırsan söz hikmətini.
 Qaranlıq dünyada olanları Sən
 Alırsan ölümün, şərin əlindən.</lyrics>
<title>Şükürlər edirəm, Allahım, Sənə İL209</title>
</song>